İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın mərkəzində 8300-dən çox müsəlman niyə qətlə yetirilmişdi?

615 11.07.2026 17:14 Dünya A A

Bu gün - 11 iyul bütün dünyada, xüsusilə Avropa müsəlmanları üçün Srebrenitsa soyqırımının anım günü kimi qeyd olunur.

1995-ci ilin iyulunda, Bosniya və Herseqovinada baş vermiş müharibə zamanı Bosniya serb qüvvələri BMT-nin "təhlükəsiz zona" elan etdiyi Srebrenitsa şəhərində 8300-dən çox bosniyalı müsəlmanı amansızlıqla qətlə yetirib. Tarixə Srebrenitsa soyqırımı kimi düşən bu faciə II Dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli kütləvi qətliam və beynəlxalq məhkəmələr tərəfindən hüquqi baxımdan soyqırım kimi tanınmış ilk hadisədir.

İyulun 14-də dünya mətbuatında Srebrenitsada baş vermiş kütləvi qırğınlarla bağlı ilk məlumatlar yayılmağa başladı. Həmin məlumatlarda qeyd olunurdu ki, cəmi bir neçə gün ərzində 10-65 yaş arasında olan 7-8 min dinc bosniyalı müsəlman amansızcasına qətlə yetirilib. Onların bir çoxu öldürülməzdən əvvəl ağır işgəncələrə məruz qalıb, bəziləri isə diri-diri torpağa basdırılıb.

452866.jpg (326 KB)

Faciə zamanı qadın və qızlara qarşı kütləvi zorakılıq halları da törədilib. Çoxsaylı qadınlar yaxınlarının gözü qarşısında zorlanıb, uşaqlara və qocalara amansız işgəncələr verilib, insanlar diri-diri yandırılıb, kütləvi şəkildə güllələnib.

Təxminən 1700 nəfər isə hələ də itkin hesab olunur. Kütləvi məzarlıqların aşkarlanması və qurbanların qalıqlarının tapılması istiqamətində Bosniya və Herseqovinada bu gün də qazıntı və axtarış işləri davam etdirilir.

VWKDU671ygd5tTdgI3rX2k3DBa8AX4T1v8aaheu9_1200.jpg (119 KB)

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Srebrenitsa soyqırımının 31-ci ildönümü ilə əlaqədar deyib:

"Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindən biridir. Avropada soyqırımın inkarına, tarixi saxtalaşdırmağa və müharibə cinayətlərinə görə məhkum olunmuş şəxslərin qəhrəmanlaşdırılmasına yer yoxdur. Biz Bosniya və Herseqovinadakı, eləcə də regionun digər liderlərini parçalanma əvəzinə məsuliyyəti, qarşıdurma əvəzinə dialoqu seçməyə, habelə hələ də tapılmamış qurbanların axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi prosesini dəstəkləməyə çağırırıq. Keçmişin yaralarının sağalması cəsarət, səmimi yanaşma və barışığa həqiqi sadiqlik tələb edir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR