İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz ehtiyatları 65 faizi ötüb

282 22.05.2023 15:05 Son xəbər A A

Avropanın anbarlarında qaz ehtiyatları onların ümumi tutumunun 65,61 faizinə çatıb. Bu da son beş ilin müvafiq dövrü üzrə orta göstəricidən 19 faiz bəndi çoxdur.

AZƏRTAC xəbər verir ki, WindEurope assosiasiyasının məlumatına görə, may ayının əvvəlindən bəri Avropada külək enerjisi istehsalı regionun elektrik enerjisinə tələbatının 14,9 faizini təşkil edib. 2022-ci ilin may ayının ilk 20 günündə həmin göstərici 13 faiz idi.

Sərin hava şəraiti operatorlara ehtiyatları artırmağa imkan verir ki, bu da qiymətlərin aşağı enməsinə təsir göstərir. Qazın spot qiyməti cümə günü daha 2 faiz ucuzlaşıb və Niderlandın TTF mərkəzində tədarük müqaviləsi 1000 kubmetr üçün 322 dollardan bağlanıb.

Eyni zamanda, ABŞ-da qaz ehtiyatlarının mövcud səviyyəsi ixracı aktiv şəkildə artırmağa imkan yaradır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR