İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada İLGİNC DƏYİŞİKLİK

1051 16.05.2024 16:45 Dünya A A

Avropa seçkilərinə həftələr qalmış Niderland sağçı hökumətə malik daha bir Avropa İttifaqı ölkəsinə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə "Euronews" kanalı məlumat yayıb.

Məlumata əsasən, Niderlandda parlament seçkilərindən təxminən 6 ay sonra radikal sağçı populist Gert Vilders və daha üç partiya koalisiya razılaşması barədə razılığa gəliblər. Tərəflər hələ hökumət başçısı ilə bağlı razılığa gələ bilməyiblər. Gələcək koalisiyaya Vildersin Azadlıq Partiyası (PVV), əvvəlki baş nazir Mark Ruttenin sağ-liberal VVD-si, yeni sağçı mühafizəkar NSC və sağçı populist fermerlər partiyası daxildir.

Vilders və onun anti-islam partiyası noyabrın 22-də keçirilən seçkilərdə parlamentdəki 150 yerdən 37-ni qazanıb. Çoxluğu əldə etmək üçün ona ən azı iki başqa partiyanın dəstəyi lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR