İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və Asiya paytaxtlarında yeni reallıq: Trampa çatmağın yolu Rubbiodan yox, Uitkoffdan keçir – “Mundo”

524 04.12.2025 02:53 Dünya A A

Musavat.com xəbər verir ki, İspaniyanın “Mundo” qəzeti ABŞ diplomatiyasında maraqlı tendensiyanı qeyd edib.

Nəşrin yazdığına görə, Avropa və Asiya paytaxtlarında artıq belə qənaət formalaşıb ki, Donald Trampa real təsir göstərmək üçün dövlət katibi Marko Rubiodan çox prezidentin xüsusi nümayəndəsi Uitkoffla işləmək daha effektlidir.

“Mundo” yazır: “Kağız üzərində ABŞ diplomatiyasına Marko Rubio cavabdehdir, lakin prezidentə həqiqətən çatmaq istəyənlər üçün Uitkoffun rəğbətini qazanmaq daha məqsədəuyğundur”. 

Qəzetin analitiklərinə görə, Uitkoffun son aylarda aparılan Rusiya, Ukrayna və Yaxın Şərq xəttində fəal iştirakı onun Vaşinqtonun ən təsirli fiqurlarından birinə çevrildiyini göstərir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR