İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurasının rəhbəri Şarl Mişeldən gözlənilməz addım

983 07.01.2024 12:21 Dünya A A

Avropa Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə namizəd kimi iştirak edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Mişelin seçilməsi halında Avropa Şurasının sədri postu boşalacaq. Yəni Aİ liderləri Şuranın vakant postunu doldurmaq üçün varislə tez razılığa gəlməli olacaqlar. Əgər onlar bunu bacarmasalar, Macarıstanın baş naziri Viktor Orban iclaslara rəhbərlik edəcək.

Saytın yazdığına görə, bu, Avropa Birliyində əksər ölkələr üçün qəbuledilməz variant sayılır.

Ekspertlərin fikrincə, Mişelin bu addımı Avropa liderlərinə əlavə təzyiq göstərmək xarakteri daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR