İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiyanın 300 milyardından belə istifadə edəcək: Plan açıqlandı

1385 26.03.2023 14:34 İqtisadiyyat A A

Avropa Komissiyası Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından Ukrayna üçün yararlanmaq yolunu tapıb. Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa dərc olunan versiyasında material dərc olunub.

Avropa Komissiyasının sənədinə əsaslanan qəzet yazır ki, qurum Rusiyanın dondurulan vəsaitlərini investisiya yatırmaqla ildə 2,6 faiz gəlir əldə etmək planı hazırlayır.

Rusiyanın Qərb tərəfindən dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarının üçdə ikiyə qədəri G7 ölkələri, Avropa İttifaqı və Avstraliyadadır. Bu vəsaitlərin 191 milyard avrosu Belçikada, daha 21 milyard dolları isə digər Avropa ölkəsindədir. Bu vəsaitlərin yüksək reytinqli likvid aktivlərə qısamüddətli yerləşdirilməsi ildə təxminə 2,6 faiz xalis gəlir əldə olunmasını təmin edə bilər. Bu isə illik 6 milyard dollara qədər gəlirin Ukraynaya yönəldilməsinə imkan verər.

Bu planı reallaşdırmaq Avropa İttifaqında bəzi hüquqi dəyişikliklər tələb edir. Buna görə də müvafiq dəyişikliklər layihəsini hazırlamaq üçün fevral ayında xüsusi işçi qrup yaradılıb. Qrup prosesi Aİ və beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq üçün zəruri qanunverici baza hazırlayacaq. Martın 28-də işçi qrup toplaşaraq hazırlanan layihənin ilkin müzakirəsini keçirəcək.

Plan reallaşacağı təqdirdə dondurulmuş vəsaitlər formal olaraq Rusiyanın olaraq qalacaq, lakin onlardan əldə olunan gəlirlər bütünlüklə Ukraynanın ehtiyaclarına sərf olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR