İnsanlara hürriyət, millətlərə istiqlal!

 “Avropa öz ordusunu qurmalıdır”

558 07.01.2024 15:53 Dünya A A

“Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunu yaratmalıdır”.

Musavat.com xəbər verir ki, bu sözlər İtaliyanın xarici işlər naziri Antonio Tayani tərəfindən yerli “La Stampa” qəzetinə müsahibəsində səslənib.

Qeyd edək ki, Antonio Tayani Silvio Berluskoninin ölümündən sonra “Forza Italia” partiyasına rəhbərlik edir. Onun sözlərinə görə, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı yolunda platforma qurulması partiyası üçün əsas prioritet sayılır.

“Əgər biz dünyada sülhməramlı missiyanı yerinə yetirmək istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, Avropa Birliyinin effektiv xarici siyasətini həyata keçirə bilməsi üçün fundamental şərtdir”, - deyə Antonio Tayani bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR