İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Orbanın Moskvaya mümkün səfərindən qəzəblənib

560 05.07.2024 11:34 Dünya A A

Avropa İttifaqı Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya mümkün səfərindən qəzəblənib.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.

Nəşr adı açıqlanmayan avropalı diplomatın sözlərini sitat gətirir: “Macarıstanın Aİ Şurasına sədrliyi dövründə həmişə sual yaranacaq: Orban öz adından danışır, yoxsa Aİ adından”.

Qəzetin yazdığına görə, Orban Moskvaya səfərindən sonra Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə etmək üçün Azərbaycana gedəcək.

Bundan əvvəl Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Çarlz Mişel Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyətinə malik olmadığını bildirib.

Mişel həmçinin vurğulayıb ki, “Ukrayna ilə bağlı heç bir müzakirə Ukraynasız aparıla bilməz”.

Macarıstan hazırda Aİ Şurasına sədrlik edir. Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfər edib, onun yaxın vaxtlarda Moskvaya səfər edəcəyi barədə də mətbuatda xəbərlər yayılıb.

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin baş nazir Viktor Orbanın münaqişənin həlli üçün Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini rədd etdiyini bildirib. Onun fikrincə, Rusiya atəşkəs rejimindən istifadə edərək qüvvə toplaya və yeni hücuma keçə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR