İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsində Azərbaycana qarşı qərəzli FETÖ qərarı - Bakıdan reaksiyalar

1365 16.03.2022 09:05 Gündəm A A

Hərbi çevrilişə cəhd etməkdə şübhəli bilinən FETÖ-çüləri Türkiyəyə ekstradisiya etdiyimizə görə ölkəmizi cərimələyiblər; hüquq müdafiəçiləri qərarı əsassız sayır

Avropa İnsan Hüquqları Məhkəməsi, Azərbaycanla bağlı çıxardığı ədalətsiz qərarlar azmış kimi, indi də FETÖ-çüləri Türkiyəyə ekstradisiya etdiyinə görə ölkəmizi cərimələyir. “Yeni Müsavat” xəbər verir ki, Avropa Parlamenti Qarabağda “erməni abidələrinin məhv edilməsi” ilə bağlı böhtan xarakterli qətnamə çıxarılması ilə kifayətlənməyib, Azərbaycana qarşı növbəti haqsızlıq Avropa Məhkəməsindən gəlməkdədir. Beləliklə, Qərb təsisatları sanki ölkəmizi hədəfə alıblar və məqsədli şəkildə hücum təşkil edirlər.

Belə ki, AİHM “Şentürk və digərləri Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb. Məhkəmənin qərarına görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) maddələr pozulub. Dörd ərizəçi Azərbaycanda Gülən hərəkatı ilə bağlı özəl məktəblərdə müəllim işləyirdi. Ərizəçilər Taci Şentürk, İsa Özdemir, Ayhan Seferoğlu və Erdoğan Taylan Türkiyə vətəndaşlarıdır, onlar hazırda Türkiyədə həbsdədirlər. 2017-ci ildə Türkiyə tərəfi bu şəxsləri həbs etməyi və ekstradisiya olunmalarını xahiş edib. Azərbaycan da qanuna uyğun olaraq bunu təmin edib. Onlar hərbi çevrilişə cəhd etdikləri üçün həbs edilib. Avropa Məhkəməsi 4 FETÖ-çünün hər birinə 9 min avro təzminat ödənilməsi barədə hökm çıxarıb. Bunu onunla əsaslandırıblar ki, guya Azərbaycanın verdiyi qərar ədalətli olmayıb. Ümumiyyətlə, son vaxtlar Avropa institutlarının Azərbaycana münasibətində diametrik dəyişikliklər var. Əsasən də Vətən müharibəsindən sonra bizimlə bağlı heç bir obyektiv yanaşma görmək olmur. Və nə olursa-olsun, bizi haqsız çıxarmağa, əleyhimizə qərar verməyə çalışırlar.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Məhkəməsinin nəyə istinad etdiyini dəqiq bilmək lazımdır: “Ekstradisiya haqda qanun varsa, dövlətlər buna əməl etməlidirlər. Yəni axtarışda olan şəxslərin hansı cinayət törətməsi ilə bağlı digər dövlətin hüquq-mühafizə orqanları sənədləri təqdim etməli, araşdırılmalıdır. Əgər axtarışda olan şəxsin hərəkətləri qanuna ziddirsə, saxladığı şəxsi həmin ölkəyə təhvil verməlidir”. Ç.Qənizadə hesab edir ki, bəzən siyasi xarakterli məsələlərdə dövlətlər bundan imtina edirlər: “Həmçinin ölüm cəzası varsa, ekstradisiyasından imtina olunur. Türkiyə Avropa Şurasının üzvüdür, ölüm hökmündən imtina edib, ona görə bu cür şəxslərin ekstradisiyasında problem görmürəm”.

Günel Səfərova da deputatlığa namizəd oldu

“Vətəndaş” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında ekstradisiya ilə bağlı anlaşma mövcuddur. Onun sözlərinə görə, hətta ötən il baş prokuror Kamran Əliyev imzalanan memorandum əsasında bu prosedurun daha da sadələşdiriləcəyini açıqlamışdı: “Türkiyə və Azərbaycan arasında ekstradisiya qaydaları Avropa Ekstradisiya Konvensiyası ilə tənzimlənir. Azərbaycan bu razılaşmadan irəli gələrək axtarışda olanlarla bağlı öhdəliyi yerinə yetirib. Əslində bizim bir neçə dövlətlə ekstradisiya mövzusunda razılaşmamız var. Məsələn, Ramil Səfərov işində Macarıstanla anlaşma var. Ona görə həmin FETÖ-çülərlə bağlı hərbi çevrilişə cəhd iddiası olubsa, Türkiyə məhkəməsi qərar çıxarıbsa, Azərbaycan onları necə təhvil verməyə bilərdi? O deməkdir ki, biz Türkiyə məhkəməsinin qərarına şübhə etmiş oluruq”.

Hüquqşünas qeyd etdi ki, Avropa Məhkəməsinin həmişə belə qərarları olub: “Deməzdim ki, birbaşa Azərbaycana qarşı qərəzdir, sadəcə, bu işdə siyasi motiv olduğu üçün cərimə tətbiq olunub. Eyni zamanda Avropa Məhkəməsində bu işə baxan hakimin hansı ölkədən olmasını bilmək də vacibdir. Amma belə görünür ki, FETÖ işi üzrə kim şikayət etsə, Avropa Məhkəməsində udacaq. Çünki Türkiyədə müxtəlif strukturlarda yüzlərlə insan bu hadisələrlə bağlı vəzifəsindən azad edilib”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR