İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Ukrayna ilə bağlı TOPLANIR - Vacib qərar...

656 07.11.2023 15:48 Dünya A A

Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olması ilə bağlı qərar qəbul etmək üçün bu gün, noyabrın 7-də toplanacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, AK ölkənin birliyə qəbulu ilə bağlı müsbət qərar verəcək, lakin bir sıra şərtlər irəli sürəcək.

Avropa Komissiyası islahatların başa çatmasından və yeni qanunların qəbulundan sonra Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün rəsmi tövsiyələr verəcək.

Agentlik mənbələri iddia edir ki, qərarın yekun variantı hələ razılaşdırılmayıb.

Qeyd edək ki, Ukrayna ötən ilin yayında Aİ-yə namizəd statusu alıb. Eyni zamanda, Avropa İttifaqı Kiyevə üzvlüklə bağlı müsbət qərarın verilməsi üçün zəruri olan bir sıra tələblər irəli sürüb. "Bloomberg" bildirir ki, Ukrayna bu günə qədər yeddi tələbdən dördünü yerinə yetirib.

Noyabrın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ali Radada çıxış edib. O, ölkənin Aİ-yə daxil olmaq üçün tələb olunan şərtlərin 90%-ni yerinə yetirdiyini bildirib. 

Oktyabrda Avropa Şurasının rəhbəri Şarl Mişel etiraf edib ki, Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər, lakin bunun üçün Kiyev öz tapşırıqlarını yerinə yetirməlidir. “Financial Times”ın yazdığına görə, Ukrayna təşkilata üzv olacağı təqdirdə Aİ bu ölkəyə 186 milyard avro xərcləməli olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR