İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası sursat istehsalına yarım milyard avro ayırdı

482 15.03.2024 16:34 Dünya A A

Avropa Komissiyası (AK) Avropa müdafiə sənayesi tərəfindən sursat istehsalı üçün 500 milyon avro ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu gün Avropa Komissiyası Sursat İstehsalına Dəstək Aktı çərçivəsində 500 milyon avro ayırıb:

"Bu, Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər sursat istehsal gücünü ildə 2 milyon mərmi artırmağa imkan verəcək".

Bundan əlavə, Avropa Komissiyası "ümumi satınalmalar vasitəsilə Avropa müdafiə sənayesini gücləndirmək üçün iş proqramı və Avropa Müdafiə Fondunun dördüncü illik iş proqramı"nın icrasına başlayıb:

"Bu proqramların ümumi büdcəsi demək olar ki, 2 milyard avrodur. Avropanın müdafiə texnologiyası və sənaye bazasını gücləndirmək üçün bugünkü addımlar ilk Avropa Müdafiə Sənayesi Strategiyasının qəbulundan və Avropa Müdafiə Sənayesi Proqramı ilə bağlı təklifdən sonra atılır".

Avropa Komissiyası bu strategiyanı martın 5-də təqdim edib. Bu, Aİ-yə ümumi hərbi sifarişlərin daxil edilməsinə və AK-nin nəzarəti altında olan icma ölkələrinin investisiyalarına əsaslanır. Dərc edilmiş sənədə əsasən, Ukraynanın ən qısa zamanda proqrama inteqrasiyası planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR