İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Rusiya neftinin qiymət tavanını sərtləşdirəcək

449 04.11.2023 18:25 Dünya A A

Avropa Komissiyası (AK) yaxın vaxtlarda Rusiyaya qarşı yeni idxal və ixrac qadağaları, neftin qiymət tavanının sərtləşdirilməsi ilə birlikdə 12-ci sanksiyalar paketini təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kiyevdə keçirilən mətbuat konfransında məlumat verib:

"Tezliklə biz 12-ci sanksiya paketini təklif edəcəyik. Yeni qara siyahı, idxal-ixraca yeni qadağalarla, neftin qiymət tavanını sərtləşdirmək üçün tədbirlərlə. Həm də sanksiyalardan yayınmaq üçün daha sərt tədbirlərlə".

Bloomberg Agentliyi daha əvvəl öz mənbələrinə istinadla bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində ümumi həcmi 5,3 milyard dollar qiymətləndirilən ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Agentliyin mənbələrinə görə, yeni təklif edilən məhdudiyyətlər qaynaq avadanlığının və kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək. Avropa İttifaqı proqram təminatı lisenziyalarının və bəzi emal edilmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat məhsulları və almazların idxalını qadağan etməyi də nəzərdən keçirir.

Aİ-nin yeni sanksiyalar siyahısına 100-dən çox fiziki və 40 hüquqi şəxsin də əlavə ediləcəyi gözlənilir.

Rusiya baş nazirinin müavini Aleksandr Novak Avropa Komissiyası prezidentinin yeni sanksiyalarla bağlı açıqlamasını şərh edərkən, Rusiyanın yanacaq-energetika kompleksini (FEC) Qərbin sanksiyaları şəraitində belə inkişaf etməyi öyrəndiyini bildirib. Onun sözlərinə görə, Rusiya bunu 2014-cü ildən həyata keçirir:

"Görəcəyik. Biz 2014-cü ildən bəri sanksiyalar altında yaşayırıq, inkişaf etməyə davam edirik, başqa nə deyə bilərəm”.

Novak həmçinin qeyd edib ki, yeni məhdudiyyətlərin Rusiyanın yanacaq–energetika kompleksinə təsiri barədə danışmaq hələ tezdir, çünki konkret olaraq hansı tədbirlərin görüləcəyini daha dəqiq başa düşmək lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR