İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası “AliExpress”ə qarşı təhqiqat başlatdı

550 15.03.2024 16:25 Dünya A A

Avropa Komissiyası (AK) Çin texnoloji nəhəngi “Alibaba”ya məxsus elektron ticarət platforması olan “AliExpress”lə bağlı təhqiqata başlayıb.

Musavat.com xəbər verir ki, Komissiyanın yaydığı məlumata görə, təhqiqat şirkətin qeyri-qanuni malların və qeyri-qanuni məzmunun onlayn yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməməsi ilə bağlı aparılır.

Avropa Komissiyası şirkətin risklərin idarə edilməsi və azaldılması, məzmunun moderasiyası və daxili şikayətlərə baxılması mexanizmləri, reklam və tövsiyə sistemlərinin şəffaflığı, izləmə və üzv məlumat platformalarına giriş ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Aktını (DSA) pozub-pozmadığını yoxlayacaq.

Şirkətin sözçüsü CNBC-yə açıqlamasında bildirib ki, “AliExpress” bütün istehlakçılar üçün təhlükəsiz və uyğun bir bazar yaratmağa sadiqdir.

Onun sözlərinə görə, şirkət mövcud standartlara uyğunluğu təmin etmək üçün müvafiq orqanlarla işləyib və işləməyə davam edəcək, DSA tələblərinə cavab verəcək.

Bu, Avropa Komissiyasının DSA çərçivəsində üçüncü rəsmi araşdırmasıdır. Əvvəllər oxşar tədbirlər “TikTok” və “X” sosial şəbəkəsində qısa videoların yaradılması və baxılması xidməti ilə bağlı da həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR