İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Ukrayna ilə bağlı ciddi etiraf! – Elxan Nuriyevlə “Canlı debat”

1021 06.06.2022 13:28 Gündəm A A

Ukrayna böhranı Avropanın zəif yerlərini üzə çıxarıb və Avropa İttifaqını yeni strateji çağırışlar qarşısında qoyub.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Biz müdafiə alətləri əldə etməliyik, bu təkcə müdafiə məsrəflərini yaxşılaşdırmağı deyil, onları artırmağı tələb edir”, - Borrel deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri 2009-2018-ci illər ərzində müdafiə xərclərini 160 milyard avro azaldıb. 2021-ci ildə müdafiənin möhkəmləndirilməsinə nəzərdə tutulan 35 faiz əvəzinə yalnız 8 faiz xərc yönəldirilib.

“Avropa hökumətləri müdafiə üçün vəsaiti hədsiz dərəcədə az, parçalanmış və səpələnmiş şəkildə xərcləyir”, – deyə ali nümayəndə şikayətlənib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR