İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Medvedyevin oğluna sanksiya tətbiq edəcək

622 17.11.2023 00:18 Dünya A A

Avropa İttifaqı 12-ci sanksiyalar paketi çərçivəsində “AlfaStrakhovanie” və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlyaya qarşı sanksiyalar tətbiq edə bilər. Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, məhdudiyyətlər “Vətən Müdafiəçiləri” adlı Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin iştirakçlarına dəstək fondunun sədri Anna Tsivilevaya da şamil edilə bilər. Ümumilikdə Avropa Komissiyası (AK) 47 şəxsə qarşı sanksiya tətbiq etməyi təklif edir. Nəşr qeyd edib ki, bu tədbirlər dekabrda Aİ liderlərinin görüşündə təsdiq edilməlidir.

Bundan əlavə, “The Guardian” yazır ki, AK Rusiyaya işlənmiş tankerlərin satışına qadağa tətbiq etmək imkanını nəzərdən keçirir. Qara siyahıda həmçinin müdafiə müəssisələri, informasiya texnologiyaları şirkətləri, Rusiyanın ilhaq etdiyi Ukrayna regionlarında seçki komissiyalarının işçiləri, özəl hərbi şirkətlər, Ukraynanın işğalını dəstəkləyən ictimai təşkilatlar və bir sıra Belarus rəsmiləri ola bilər. Qəzet əlavə edib ki, S.V.İlyuşin adına Aviasiya Kompleksi və QLONASS naviqasiya peyk sisteminə qarşı da sanksiyalar tətbiq oluna bilər.

Bundan əvvəl AK növbəti antiRusiya sanksiyalar paketinə 2024-cü il yanvarın 1-dən Rusiyadan brilyant daşınmasına qadağanın daxil edilməsini təklif etmişdi. Aİ, həmçinin üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli şəkildə qadağa tətbiq edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR