İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib

501 12.04.2023 14:49 Siyasət A A


 

Avropa İttifaqı (Aİ) dünən Ermənistan-Azərbaycan sərhədində Teha bölgəsində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüfləndiyini bildirib.

“Bu hadisə bir daha təsdiqləyir ki, sərhəd delimitasiyası olunmadığı halda, 1991-ci il xəttinə riayət edilməli, oxşar hadisələrin təkrarlanmaması üçün hər iki tərəfin qüvvələri bu xəttdən təhlükəsiz məsafəyə çəkilməlidir. Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır”-açıqlamada deyilir.

Musavat.com-un məlumatına görə, Aİ-nin açıqlamasında daha sonra bildirilir: “Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışımızı təkrar edirik. Aİ bu səyləri ən yüksək səviyyədə, eləcə də Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR