İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa "geosiyasi alov"la üz-üzə: diplomatik təzyiqlər arta bilər

381 20.12.2023 11:05 Dünya A A

Beynəlxalq nəqliyyat şirkətləri Qəzza zolağında münaqişə və Qırmızı dənizdə "Husilər"in hücumları ilə bağlı vəziyyətə görə Yaxın Şərqdən enerji nəqli marşrutlarını dəyişmək məcburiyyətindədir.

Publika.az Türkiyənin "Yeni Şafak" qəzetinə istinadla xəbər verir ki, bu, Aİ ölkələri üçün xərclərin kəskin artmasına səbəb olub.

Məqalədə qeyd olunur ki, Təl-Əviv administrasiyası tərəfindən yaradılan geosiyasi yanğın COVID-19 pandemiyasından sonra hələ də stabilləşməmiş qlobal ticarəti sarsıda bilər.

Yəmənin şimalında hakimiyyəti əlində saxlayan "Ənsar Allah" ("Husi") hərəkatının gəmilərə hücumları gəmiçilik şirkətlərini, xüsusən də "Maersk" və "Hapag-Lloyd"u gəmiləri Atlantik Okeanı üzərindən istiqamətləndirməyə məcbur edib. Enerji şirkətləri də eyni şeyi ediblər. Qırmızı dəniz və Aralıq dənizi arasında konteyner daşıma marşrutu dünya ticarətinin 10%-ə qədərini təşkil etdiyi üçün onun dəyişməsi 40 günə qədər tranzit itkisinə və yüksək xərclərə səbəb olub.

Yeni fasilələr olarsa, Qərb ölkələri İsrail və ABŞ-a qarşı siyasətlərini dəyişə bilər. Bu baxımdan Qırmızı dənizdə gərginliyi azaltmaq üçün Təl-Əviv və Vaşinqtona diplomatik təzyiqlər arta bilər.

Yəmən husiləri İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyətləri barədə xəbərdarlıq ediblər. Onlar digər ölkələri belə gəmilərdən ekipajlarını geri çəkməyə və dənizdə onlara yaxınlaşmamağa çağırıblar. "Ənsar Allah" yaraqlı qruplaşması dekabrın 3-də Qəzza zolağında atəşkəsin başa çatması fonunda İsrailə hücumlarını bərpa edib.

Bundan əvvəl Pentaqon Qırmızı dənizi "Husilər"dən qorumaq üçün çoxmillətli "Rifahın Mühafizəsi" əməliyyatına başladığını elan etmişdi. Əməliyyatda ABŞ-dan başqa bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya iştirak edəcək. Kampaniyaya rəhbərlik Birləşmiş Dəniz Qüvvələrinin (MQQ) komandanlığına həvalə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR