İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Bankı bu il Ermənistana yarım milyard avro yatıracaq

416 15.05.2024 20:31 Dünya A A

2024-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) Ermənistana görünməmiş sərmayələr yatırmağı planlaşdırır - 500 milyon avroya qədər.

Musavat.com xəbər verir ki, bu barədə AYİB prezidenti Odil Renaud-Basso Bankın mayın 15-də İrəvanda keçirilən illik iclası zamanı məlumat açıqlayıb.

Onun sözlərinə görə, bu, Ermənistana sərmayə qoyuluşu baxımından Bank üçün tarixi göstərici olacaq.

Bank prezidenti xatırladıb ki, bu günə qədər AYİB Ermənistanda 210 layihəyə 2 milyard avrodan çox sərmayə qoyub. Təkcə son beş ildə AYİB Ermənistana 640 milyon avro sərmayə qoyub ki, bunun da 80 faizi özəl sektorun inkişafına ayrılıb.

Odil Renaud-Basso izah edib ki, Bankın fəaliyyəti 5 komponentə əsaslanır: informasiya texnologiyaları, maliyyə sisteminin sabitliyi, biznes mühitinin inkişafı, yaşıl gündəm və regional əlaqə: “Ermənistanda İT sahəsində ciddi ekspert potensialı formalaşıb, ölkə xarici şirkətləri cəlb edir və Bank bu sahədə dəstək verməyə hazırdır. Müvafiq vergi və pul siyasətinin həyata keçirilməsi nəticəsində bir neçə il ərzində maliyyə sistemi ciddi sabitlik nümayiş etdirmişdir. Ermənistan Mərkəzi Bankı ilə səmərəli əməkdaşlıq qurulub. Biz həmçinin özəl sektorun maliyyə imkanlarını artırmaq üçün kommersiya bankları ilə işləyirik.

İrəvanda nəqliyyat sahəsində “yaşıl gündəliyin” həyata keçirilməsi emissiyaların 210 min ton azalmasına səbəb olub. Bu, nəzəri olaraq 500 min avtomobilin yollardan yoxa çıxmasına bərabərdir. Biz bərpa olunan enerji sahəsində daha çox işlər görməyə hazırıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR