İnsanlara hürriyət, millətlərə istiqlal!

Avronun atası və müasir Avropa Birliyinin memarı ÖLDÜ

1022 28.12.2023 16:03 Dünya A A

Avropa Komissiyasının keçmiş rəhbəri Jak Delor vəfat edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun ölümü barədə qızı Martin Obri məlumat verib.

Onun sözlərinə görə, Delors Parisdəki evində yuxuda ölüb. Onun 98 yaşı var idi.

Qərb mediası Deloru “avronun atası” və “müasir Avropa İttifaqının memarı” adlandırır. Siyasi karyerası boyu o, müxtəlif vəzifələrdə, o cümlədən Fransanın baş naziri Şaban-Delmasın müşaviri və Sosialist Partiyasından Avropa Parlamentinin üzvü olub.

1981-1984-cü illərdə Delor Fransa prezidenti Fransua Mitteran hökumətində maliyyə naziri, 1985-ci ildə isə Avropa Komissiyasına rəhbərlik edib.

Delor üç müddət - 1995-ci ilə qədər Avropa Komissiyasına rəhbərlik edib. Bu onillik Aİ ölkələrinin daxili inteqrasiyasının gücləndirilməsi dövrü olub. Həmin dövr ərzində Birlik daxilində ümumi bazar məkanının qurulması başa çatdırılıb, Şengen sazişləri bağlanıb, Erasmus tələbə mübadiləsi proqramı qəbul edilib, vahid Avropa valyutası olan avro işə salınıb.

1995-ci ildə vəzifəsini tərk etdikdən sonra Delors, potensial rəqibləri üzərində sorğularda böyük üstünlüyə baxmayaraq, Fransa prezidentliyinə namizəd olmaqdan imtina edib. Delors qərarını müstəqil qalmaq istəyi ilə izah edib. France 24 siyasətçinin bu sözlərindən sitat gətirir: "Heç nəyə görə peşman deyiləm, amma haqlı olduğumu demirəm".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR