İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO 2024: Fransa - Polşa qarşılaşması start götürdü CANLI

1032 25.06.2024 20:03 İdman A A

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Fransa və Polşa milli komandaları arasındakı oyuna start verilib.

Musavat.com xəbər verir ki, D qrupunun qarşılaşması Almaniyanın Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda keçirilir.

Oyunu Marko Quidanın (İtaliya) başçılıq etdiyi hakimlər heyəti idarə edir.

Qeyd edək ki, qrupda dörd xal toplayan Niderland yığması turnir cədvəlinə başçılıq edir. İkinci yeri Fransa komandası (dörd) tutur. Avstriya (üç) üçüncü, xalı olmayan Polşa isə dördüncü pilləni qapayır.

Fransanın öz qrupundan vəsiqə qazanmaq üçün şansı var. Polşa isə qalib gəlsə belə, çempionatda çıxışını davam etdirə bilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR