İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA Bakıda verdiyi bəyanatı və Azərbaycana dəstəyi İrəvanda təkrarladı

1206 18.11.2023 12:18 Siyasət A A

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma noyabrın 17-də İrəvanda bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Musavat.com xəbər verir ki, ATƏT PA-nın nümayəndə heyəti bu həftənin əvvəlində Azərbaycan liderlərinə ünvanlanmış mesajları təkrarlayaraq, Ermənistanın Azərbaycanla tam razılığa gəlməsinin vacibliyini vurğulayıb. Kauma Ermənistanın bununla bağlı göstərdiyi istəyi alqışlayıb və bunun davamlı siyasi diqqət tələb edəcəyini vurğulayıb.

İrəvanda Kauma və baş katib Roberto Montella Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüblər.

Görüşlər zamanı erməni həmsöhbətlər ölkənin üzləşdiyi təhlükəsizlik çağırışlarını müzakirə edib və regional əməkdaşlığın genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Kauma səfərin sonunda deyib: “Bu çətin dövrlərdə bütün siyasi liderlər sülhün tərəfdarı olmalıdırlar. Bu regionda bütün əsas oyunçularla münasibətlərin normallaşdırılması və davamlı sülhün bərqərar olması fürsətindən istifadə hamı üçün müsbət nəticələr verəcək. ATƏT PA daha böyük regional sabitliyin və əməkdaşlığın təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırdır”.

Onu da qeyd edək ki, İrəvanda verilən bəyanatda ATƏT PA nəinki "dağlıq qarabağ" sözünü işlətməyib və ya Azərbaycana qarşı hər hansı bir fikir söyləməyib və ya çağırış etməyib, ümumiyyətlə Qarabağın adını çəkməyib, erməniləri isə Azərbaycandan gedən qaçqınlar adlandırıb. Yəni Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təqdiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR