İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata Abdullayev, Vüqar Səfərli və Vilyam Hacıyevi nə birləşdirir? 3 DUSTAQDAN SON XƏBƏR

1621 14.03.2023 16:21 Kriminal A A

Məşhur arestantlardan xəbər var.

Musavat.com məlumat verir ki, bloger Ata Abdullayev, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli və İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev cəzalarını 17 saylı cəzaçəkmə müəssisəsində çəkirlər. Ötən həftənin cümə günü qeyd olunan CÇM-də monitorinq aparan Ədliyyə Nazirliyinin İctimai komitəsinin üzvləri onları ziyarət ediblər.

Musavat.com-a açıqlama verən komitə üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə müxbirimizə bildirib ki, onların saxlanma şəraiti və sağlıq durumları yaxşıdır, bununla bağlı şikayətləri yoxdur. Ç.Qənizadə həm Vilyam Hacıyevlə, həm də digər dustaqlarla görüşərək, onları dinləyib.

Monitorinqdə İctimai komitənin digər üzvləri Səadət Bənənyarlı və Əhməd Abbasbəyli də iştirak ediblər.

Musavat.com

d7d1fdb0-f35b-4363-9093-322228cc0e28.jpg (199 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR