İnsanlara hürriyət, millətlərə istiqlal!

"AŞPA separatçılığı, işğalı himayə edən qurumdur" – Deputatdan SENSASİON AÇIQLAMA

497 25.01.2024 12:16 Siyasət A A

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin buradakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması qurumda baş alıb gedən qərəzli yanaşmalarla, dini və milli ayrı-seçkiliklə bağlıdır”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, AŞPA Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir: “Avropa Birliyi və onun institutları Ermənistan-Azərbaycan münaqişəsi başlanan gündən ermənilərin tərəfində dayanaraq, separatçılığı, işğalçılığı və bunu törədən ölkəni-Ermənistanı müdafiə edərək daim bizə qarşı olublar. Onların ssenarisinə görə, Azərbaycan işğal edilmiş suveren ərazilərindən Ermənistanın xeyrinə imtina etməli idi. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olmaqda məqsədi münaqişənin həll olunması idi. Avropa Şurası və digər institutlar isə ədaləti bərpa etmək əvəzinə, beynəlxalq qanunları çeynədilər, onu ayaqlar altına atdılar”.

A.Hüseynov baş verənlərin Bakıya qarşı siyasi təzyiq planının bir hissəsi olduğunu düşünür: “AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqedədir, rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat bundan müxtəlif bəhanələrlə, uydurma ittihamlarla imtina edir. Bu təşkilat erməni lobbisi və anti-Azərbaycan şəbəkəsinin Bakıya qarşı hücum platformasına çevrilib. Son hadisələr isə artıq körpülərin yandırılması deməkdir. Azərbaycana qarşı təzyiqlərin arxasında iddia etdikləri “insan haqları” kimi amillərin yox, məhz Qarabağ məsələsinin dayandığı, məqsədin də erməni maraqlarının müdafiəsi və bu maraqlar naminə Azərbaycana təzyiq etmək olduğu bəllidir. Bəs bu təşkilat Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini niyə görməzdən gəlirdi? Nə üçün işğalçıya dəstək verirdi? Torpaqlarımızda işğala son qoyulduqdan sonra isə rəsmi Bakıya qarşı hücuma keçib”.

Deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin addımını düzgün hesab edir, çünki AŞPA son addımları ilə ikiüzlülüyünü ortaya qoydu.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR