İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-da Azərbaycan əleyhinə səs verən kürd deputat haqqında SENSASİON FAKTLAR

2576 25.01.2024 19:00 Siyasət A A

 

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər. 76 deputat bu qərəzli qərarın “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər “bitərəf” qalıb.

Qeyd edək ki, AŞPA-da 306 deputat var, səsvermədə 306 nəfərdən cəmi 90 nəfər iştirak edib. Bu, ümumi sayın heç 30 faizi də deyil. Lakin bu qurumda səsvermə zamanı adi səs çoxluğu kifayət etdiyindən, sözügedən qərarın qəbuluna 306 nəfərdən cəmi 76-sının səs verməsi kifayət edib.

Qətnamənin əleyhinə Türkiyədən 9 deputat – Yıldırım Toğrul Türkeş, Zeynəb Yıldız, Pelin Yılık, Meryem Göka, Seda Gören Bölük, Sena Nur Çelik Kanat, Mehmet Akalın, Abdurrahman Babacan və Mustafa Canbey, Albaniyadan isə 1 deputat – Blerina Gilameti səs verib.

Türkiyəli deputatlar arasında Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı Berdan Öztürkün dosyesi diqqətçəkicidir. Belə ki, Türkiyə mətbuatının yazdığına görə, onun adı terroru təbliğ edənlər arasında yer alır.

Hətta 2021-ci ildə Ankara Baş Prokurorluğu o zaman Xalqların Demokratik Partiyasının Ağrıdan olan millət vəkili Berdan Öztürk haqqında araşdırma başladıb. Deputat terror təşkilatının təbliğatını aparmaqda şübhəli sayılır.

“HDP üzvü Berdan Öztürkə qarşı “Kürdüstan” istintaqı” başlıqlı yazılarda Berdan Öztürk Roma Papası Fransiskin səfəri münasibətilə İraq Kürdüstan Regional Rəhbərliyinin çap etdirdiyi möhürlərlə bağlı verdiyi ifadələrə görə barəsində istintaq açıldığını açıqlayıb. Öztürk “Papanın səfəri üçün hazırlanan Kürdüstan xəritəsinin yer aldığı xatirə markası Kürdüstan və Mesopotamiya coğrafiyasının simvoludur" demişdi.

Bu açıqlamadan sonra Ankara Baş Prokurorluğu Berdan Öztürk haqqında "terror təşkilatının təbliğatını aparmaq" maddəsi ilə istintaq başladıldığını açıqlayıb.

Berdan Öztürkün bəzi açıqlamalarına diqqət çəkmək yerinə düşər: “Bu gün onların düşmənçiliyi Şimali Kürdüstan, Cənubi Kürdüstan, Qərbi Kürdüstan (Rojava) və Şərqi Kürdüstandakı kürd xalqına qarşı yönəlib. Onlar kürd xalqının dəyərlərinə və yaşadıqları coğrafiyaya düşməndirlər”. Onun bu ifadələrinə görə Terrorla Mübarizə Qanununun müvafiq maddəsi çərçivəsində terror təşkilatının təbliğatını aparmaq cinayəti ilə bağlı istintaq başladılıb.

B.Öztürkün Öcalan haqqında dedikləri də maraqlıdır:

“İmralı qapalı həbsxanasında saxlanan və 32 aydır  xəbər alınmayan Kürd Xalq Lideri Abdullah Öcalanın fiziki azadlığı və demokratik kürd probleminin həlli üçün iki bəyanat imzalanıb. Bəyannaməyə ziyalılar, yazıçılar, siyasətçilər və jurnalistlər olmaqla, ümumilikdə 78 nəfər imza atıb”. Hər iki bəyannamədə kürd probleminin demokratik və sülh yolu ilə həll edilməsinin vacibliyi və bunun üçün Öcalanın öz rolunu oynamasının lazım olduğu vurğulanıb.

Demokratik Cəmiyyət Konqresinin (DCK) həmsədri Berdan Öztürk bildirib ki, Türkiyə üçün kürd probleminin həllində yeganə və əsas aktor Abdulla Öcalandır. Sitat: “Fikirləri ilə tək Türkiyə üçün deyil, Orta Şərq coğrafiyasında və dünyada olan bütün məzlum insanlar üçün ümidə çevrilmiş bir liderdən danışırıq”.

Öztürk İsrail-HƏMAS müharibəsi ilə fikirlərini bölüşərkən keçmişin təkrarlanmasının tərəfdarı olmadığını qeyd edib.  O, iqtidarın Suriyanın şimal-şərqində xalqı bombaladığını bildirib. Və deyib ki, bu həll yolu deyil. “Həll cənab Abdullah Öcalanın düşüncələri, ideyaları, ideologiyası və fəlsəfəsidir”,- deyə o qeyd edib.

32 aydır Öcalandan heç bir xəbər olmadığını bildirən Öztürk, “Yaxın Şərqdə sülh və azadlıqdan danışacağıqsa, cənab Abdullah Öcalanın öz rolunu və missiyasını yerinə yetirməsi üçün fiziki azadlığı reallaşdırılmalıdır. Cəmiyyətin müxtəlif təbəqələri susmamalı və öz sözünü deməlidir. Bilirik ki, hamımız birlikdə hərəkət etdikdə nəticə əldə edəcəyik”.

Öztürk barəsində daha öncə də, 2016-cı ildə də istintaq başladılıb. O, 5 PKK-çının dəfn mərasimində iştirak etdiyi üçün istintaqa cəlb edilib. Öztürk 2018-ci ilin mayında bəraət alıb. O, həmçinin, “Sülh bulağı” əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə 2019-cu ildən terror təbliğatına görə istintaqa cəlb edilib. Medianın yazdığına görə, o, əməliyyatı pisləyən bəyanatla çıxış edib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR