İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyan: Bir vaxtlar “dənizdən-dənizə” arzusunda olan Ermənistan indi nə günə qalıb

2170 26.12.2023 20:06 Region A A

Gələn ilə biz yenə də Nikolla (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) və Qarabağsız gedəcəyik.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının hazırda həbsdə olan sədr müavini Armen Aşotyanın ictimaiyyətə ünvanlanan məktubunda deyilir.

“Biz Qarabağsız qaldıq, çünki Nikolun yanındayıq. Gələn hər ili, ayı, həftəni və səhəri Nikolla qarşılasaq, “itirilənlər” siyahısı daha da genişlənəcək. 2023-cü ildə bir vaxtlar “dənizdən-dənizə” arzusunda olan Ermənistan “Doqadan (Ermənistanda “Doqa” ləqəbli Vardan Qukasyan adlı məşhur bloger nəzərdə tutulur-red.) Dogg-a (reper Snoop Dogg nəzərdə tutulur-red.) Ermənistanına” çevrildi. Reallıqda onların hər ikisi ölkənin sistem böhranının iki simvolik təzahürüdür.

Nikolun səyləri sayəsində Ermənistanda siyasət klinik ölüm yaşayır. Nə ideya, nə məqsəd, nə güc, nə müxalifət, nə də qaydalar. Böyük dövlət vəsaitləri hesabına Snoop Dogg konsertinin təşkili bürümüş sistem böhranının ən bariz nümunələrindən biridir. Bu bir millətin uçuruma yuvarlanmasının misilsiz nümunəsidir”, - Aşotyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR