İnsanlara hürriyət, millətlərə istiqlal!

ASAN xidmət və “Panda School”un təşkilatçılığı ilə rəsm sərgisi keçirilib - FOTO

817 30.05.2026 15:16 Mədəniyyət A A

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Rənglərin sehrli dünyası” adlı rəsm sərgisi təşkil olunub.

Musavat.com xəbər verir ki, tədbir ASAN xidmət və “Panda School”un birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Sərgidə məktəblilərin hazırladıqları rəsm əsərləri və müxtəlif əl işləri nümayiş etdirilib.

Müsabiqə iki yaş kateqoriyası üzrə keçirilib. Birinci kateqoriyada 10 yaşadək, ikinci kateqoriyada isə 10 yaşdan yuxarı şagirdlər iştirak ediblər.

İştirakçıların təqdim etdikləri rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib və hər iki kateqoriya üzrə birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşdirilib.

Qaliblərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub. Müsabiqədə iştirak edən digər uşaqlar isə “təşəkkürnamə”lərlə təltif ediliblər.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların istedadlarını üzə çıxarmaq, həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini bir daha diqqətə çatdırmaq olub.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR