İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadının başına silah dirəyən polkovnik prokurorluq orqanlarından xaric edildi

1260 11.05.2023 15:06 Kriminal A A

Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenant barədə aparılan araşdırma yekunlaşıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı media müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və “sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi.

Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub.

O, bir gün evdən qaça bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR