İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını və uşağını öldürən kişi məktub yazıb intihar etdi - VİDEO, FOTO

1133 16.05.2023 21:09 Hadisə A A

İstanbulda bir kişinin arvadını və uşağını tapança ilə öldürdüyünü və intihar edəcəyini deməsinin ardından hadisə yerinə xüsusi əməliyyat qrupları göndərilib.

Musavat.com xəbər verir ki, evə girən polislər 3 nəfərin meyitini tapdıqda həmin şəxsin qoyub getdiyi mətkutubu tapıb.

Məktubda “məcbur olduğum üçün həyat yoldaşımı və oğlumu öldürdüm”,-deyə yazılmış sözlər polisləri şoka salıb. 

İddialara görə, ailəsini öldürən kişi ondan ayrılmaq istəyən həyat yoldaşı ilə mübahisə edib. Mübahisədən sonra o arvadını, daha sonra oğlunu tapança ilə vuraraq öldürüb. Hadisədən sonra yaxınlarına zəng edərək həyat yoldaşını və oğlunu öldürdüyünü bildirərən şəxs intihar edib.

Hadisə yerinə gələn polislər intihar edən şəxsin sağ olduğunu görərək onu xəstəxanaya aparıblar. 

Musavat.com



İstanbul'da eşini ve çocuğunu öldüren kişi intihar etti

İstanbul'da eşini ve çocuğunu öldüren kişi intihar etti

İstanbul'da eşini ve çocuğunu öldüren kişi intihar etti

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR