İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutunyan Rusiya və Ermənistanın qarşılıqlı ittihamları haqqında: Hər ikisi həqiqəti deyir

1509 07.08.2023 00:07 Son xəbər A A

"Rusiyanın xarici siyasət bloku hazırkı vəziyyətin Ermənistan hakimiyyətinin, xüsusən də baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ucbatından yarandığını deyir və buna görə rəsmi İrəvanı ittiham edir. Ermənistan isə (öz növbəsində) Rusiyanı üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməməkdə suçlayır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağda separatçıların başçısı Araik Arutunyan tərəfindən yerli televiziyaya müahibəsində səslənib.

“Suçlamaların hər ikisi həqiqətə yaxındır, amma üçüncüsü var ki, bu gün onun haqqında danışılmır. Bu, həm də Azərbaycan-Ermənistan infrastrukturlarının yenidən işə salınması və ya yenilərinin tikilməsi ilə bağlı yaranmış vəziyyətdir. Azərbaycan bundan yararlanır və Qarabağ ermənilərinə təzyiq göstərməkdə davam edir”,-deyə Arutunyan bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR