İnsanlara hürriyət, millətlərə istiqlal!

Artur Ovannisyan: "Hazırda danışıqlarda anklavlar məsələsinə toxunulmayıb"

476 23.05.2023 14:36 Son xəbər A A

Ermənistanın nəzarətində olan anklavlar Azərbaycanın nəzarətinə keçməsi, Ermənistan anklavının geri qaytarılması mümkün görünmür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər bu gün, mayın 23-də jurnalistlərlə söhbətində parlamentin hakim “Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannsyan tərəfindən səslənib. Ovannisyan Başkənd məsələsini də xatırladıb.

“Anklavlar məsələsi hələ müzakirə olunmayıb. Yəni, söhbət danışıqlar prosesindən gedir. Danışıqlar prosesində müxtəlif ssenarilər ola bilər”, - deyə Ovannisyan bildirib.

Erməni deputatın bildirdiyinə əsasən, anklavlar məsələsində söhbət, demək olar ki, eyni ərazilərdən gedir və burada həmin anklavların indiki mərhələdə onlara nəzarət edən dövlətin nəzarətində qalma ehtimalından danışmaq mümkündür. Onun sözlərinə görə, bu məsələyə baxılarkən anklavların sayı deyil, ərazisi əsas götürülür.

“Ancaq bizim nəzarətimizdə olan anklavların Azərbaycana keçməsi istisna edilir və bunun əksi də baş verməyəcək”, - deyə Ovannisyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR