İnsanlara hürriyət, millətlərə istiqlal!

Arslan Növrəsli: "Nəhayət ki, babamın yurdundayam"  

1401 13.05.2022 17:25 Mədəniyyət A A

"Bilirsiniz ki, mən Mirzə Ələsgər Növrəslinin nəticəsiyəm. Bu gün nəhayət babamın yurduna gəlmişəm. Bu gün onun ruhu şaddır".

Bu sözləri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı, tanınmış tar ifaçısı, Növrəsli ailəsinin üzvü Arslan Növrəsli Musavat.com-a açıqlamasında bildirib.

Arslan Növrəsli bunun Şuşaya ilk səfərinin olduğunu deyib:

"Hazırda çox möhtəşəm "Xarıbülbül" festivalı keçirilir. Mən də "Dədə Qorqud" kinofilmindən Emin Sabitoğlunun "Yallı" əsərini və "Blues" muğamını ifa etdim. Festivallar bizim üçün bayramdır. Festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xoşbəxtəm ki, doğma Şuşadayam".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR