İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryandan şok açıqlama: “Biz Rusiyaya ödədiyimiz pulu geri ala bilmirik, KTMT-dən çıxmaqla bağlı müzakirələr gedir”

2778 14.05.2023 17:04 Siyasət A A

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta Europe” qəzetinə müsahibə verib və burada Ermənistanın xarici siyasəti, xüsusən də Rusiya ilə münasibətləri barədə fikirlərini bölüşüb.

Musavat.com erməni mediasına istinadən həmin müsahibədən maraqlı hissələri diqqətə çatdırır.

Jurnalist Yan Şenkman Qriqoryandan Ermənistanın Şərqlə Qərb arasında “qəribə rəqsləri”nin nə ilə əlaqəli olduğunu soruşub.

“Burada qəribə heç nə yoxdur. Son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib. Əvvəllər hər şey aydın və anlaşılan idi. Belə deyək, düşündük ki, telefonla zəng edib, “mənim problemim var” demək olar. Cavabında deyəcəklər ki, yaxşı, əzizim, kömək edəcəyik. Biz gördük ki, bu mexanizm işləmir. Müqavilə öhdəliklərinə əməl edilmir. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələ yenisi yoxdur.

Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğrayıb, yeniləri isə qurulmayıb. Bu artıq bir böhrandır”, - deyə Qriqoryan bildirib.

Onun fikrincə, belə olan halda yeni mexanizmlər və silah təchizatı lazımdır. “Çünki obyektiv olaraq biz Rusiyaya sifariş verdiyimiz və pulunu ödədiyimiz silahları  almırıq”,-deyə Ermənistan rəsmisi söyləyib.

Onun sözlərinə görə, söhbət bir neçə sazişdən gedir.

“Biz KTMT-dən də keçən ilin sentyabrında Azərbaycanın Ermənistana hücumu zamanı hərəkətə keçəcəyini gözləyirdik. Bu da alınmadı”, -deyə  Qriqoryan qeyd edib.

Təhükəsizlik Şurasının katibi Ermənistanda KTMT-dən çıxmaqla bağlı müzakirələrin getdiyini də etiraf edib və bunu “təbii reaksiya” adlandırıb.

Armen Qriqoryan jurnalistin “deyəsən, Rusiya Federasiyasından başqa bir güclə münasibət qurduğunuza görə cəzalandırılırsınız” fikrinə də münasibət bildirib.

“Bəzi yerlərdə haqlı, digərlərində haqsız olduğunuz məqamlar var. 2018-ci ildə Ermənistanda inqilab baş verəndə demişdik ki, bu, daxili demokratik prosesdir, xarici siyasətə təsir etməyəcək. Və biz Rusiya ilə çalışmağa davam etdik, lakin bu, bizim təhlükəsizliyimizə zəmanət vermədi-biz 2020-ci il müharibəsi ilə üzəşdik.

Başqa bir misal- 2013-cü ildə prezident Serj Sarkisyan sonradan Avrasiya İqtisadi ittifaqı kimi tanınan Gömrük İttifaqına daxil olmaq qərarına gəlib. Ona başa salıblar ki, bunu etməsə, Dağlıq Qarabağda problemlər yaranacaq. Sarkisyan üçün İttifaqa daxil olmaqda əsas məqsəd Qarabağın (həmin vaxt Azərbaycanın işğal altında olan torpaqlarının-red) təhlükəsizliyi (hələ də işğal altında qalması-red.)  idi. Lakin bundan sonra iki müharibəmiz oldu. 2016-cı ilin apreli və 2020-ci ilin sentyabrı”,-deyə Armen Qriqoryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR