İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan nala-mıxa vurdu: Ermənistan ordusunu Qarabağdan çıxarır, amma…

2916 19.07.2022 11:25 Region A A

Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib. Lakin A.Qriqoryan onu da əlavə edib ki, Dağlıq Qarabağda yaşayan yerli çağırışçıların separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.

A.Qriqoryanın sözlərinə görə, Ermənistandan olan hərbi çağırışçıların Qarabağa göndərilməməsi oradakı separatçıları müdafiəsiz qoymaq demək deyil. O, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab edib.


“Fərrux hadisələri”nə toxunan Qriqoryan hələ də əmin olduğunu bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri geri çəkiləcək:

“Rusiya Federasiyası bizi əmin etdi ki, Azərbaycan qüvvələri oradan çıxarılacaq. Biz ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri özünün məsuliyyət zonasından Azərbaycan birləşmələrinin çıxarılmasını təmin edəcək. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində əsas əhəmiyyəti var”.


“Qarabağda Ermənistan Silahlı Qüvvələrinin çağırışçıları müqaviləli əsgərlərlə əvəzlənir, yoxsa Ermənistan Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağı tərk edir” sualına Armen Qriqiryan belə cavab verib:


“Dəqiq desək, müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri “müdafiə ordusu”na kömək etmək üçün Dağlıq Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. “Müdafiə ordusu”na gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmaqda davam edir”.


- Yəni sentyabrdan sonra Dağlıq Qarabağda erməni çağırışçı olmayacaq?


- Yox. Amma “Dağlıq Qarabağın hakimiyyət orqanları”ndan aldığımız məlumata görə, Dağlıq Qarabağdan çağırışçılar əvvəlki kimi hərbi xidmətə çağırılacaqlar.


- Bəs müqavilə ilə olanlar?


- “Dağlıq Qarabağın hakimiyyət orqanları”ndan aldığımız məlumata görə, istər keçmişdə, istərsə də hazırda müqaviləli əsgərlər də Silahlı Qüvvələrdə xidmət edəcəklər.


- Ermənistandan olanlar da?


- Ermənistandan olan müqaviləli əsgərlər “Dağlıq Qarabağ müdafiə ordusu”na çağırılmır. Lazım gələrsə, Dağlıq Qarabağ müqaviləli hərbçilərin xidmətə götürülməsini yerindəcə təşkil edir.\\Modern.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR