İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik yenə həddini aşdı: Separaçtı rejimlə Bakı arasında dialoq bərabər əsasda getməlidir

844 06.08.2023 23:07 Son xəbər A A

Beynəlxalq strukturların reaksiyası olub, var və olacaq, amma nəticə yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağda rus sülhməramlıllarının nəzarət etdiyi ərazilərdə özünü “hökumət” elan edən qondarma və oyuncaq “DQR”in “prezidenti” Araik Arutunyan bu gün, separatçıların kanalına verdiyi müsahibədə bu cümlələri işlədib.

“Mən ilk məktubumu iyunun əvvəlində Rusiya Federasiyasının prezidentinə göndərdim və vəziyyətin artıq fəlakətli olduğunu bildirdim. İyulun 5-də Ermənistanın baş naziri buna əlavə olaraq istinad edib. Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Əliyev-Paşinyan-Şarl Mişel, daha sonra isə Bayramov-Mirzoyan-Lavrov arasında üçtərəfli görüş keçirilib. Görünür, onlar hər yerdə hiss ediblər ki, problem var və vəziyyət günü-gündən pisləşir, lakin heç bir nəticə yoxdur”, - deyə Arutunyan bildirib.

Separatçı rejimin baçıçısı ermənilərin xəyal etdiyi “Bakı-Xankəndi” dialoquna da toxunub.

“Dialoq məcburi deyil. Deyəsən, təzyiq metodundan istifadə edərək bizi Azərbaycanla baş-başa buraxmaq üçün üstüörtülü razılaşma var... amma bu, artıq təzyiq üsulu deyil... Yəni bunu dialoq adlandırmaq olmaz, bizi ancaq Azərbaycanın bizim üçün qəbuledilməz olan şərtlərini, tələblərini qəbul etməyə sövq edirlər. İstənilən dialoq bərabərlik, ləyaqət və hüquqlar çərçivəsində aparılmalıdır. Bu üç prinsip pozulub, ona görə də biz beynəlxalq ictimaiyyətin hüquqlarımıza hörmət etməsini təkid etməyə davam edəcəyik.

Yaxın günlərdə beynəlxalq aktyorlara xüsusi mesaj və konkret tövsiyə və ya tələblərlə müraciət edəcəyəm, çünki onlar Azərbaycanla dialoqda israrlıdırlarsa, belə şərait yaratmalıdırlar, yalnız bundan sonra zəng edəcəklər və ya bizdən görüş tələb edəcəklər”,-deyə o, qeyd edib.

Arayik Arutunyanın sözlərinə görə, indiyədək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycanla təmaslar qurulub və onlar yalnız sosial infrastrukturla bağlı olub və bu, müəyyən nəticələr də verib. Lakin dekabrın 12-dən etibarən Azərbaycan öz davranışını dəyişərək danışıqları təzyiq müstəvisinə keçirib.

"Biz bu formatı bərpa etməliyik, ondan sonra real dialoq və danışıqlar ola bilər", - deyə Araik söyləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR