İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Putinə məktub yazdı, sərt ifadələr işlətdi: Separatçılar çarəsiz durumda

820 04.07.2023 10:56 Siyasət A A

Erməni separatçılarının başçısı Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Bu barədə Ermənistan mətbuatı məlumat verib. Bildirilir ki, baş separatçı Putinə məktubunda sərf ifadələr işlədib. Araik Putindən tələb edib ki, onlara gələcəklərinin necə olacağı ilə bağlı açıq məlumat versin.

Məlumata görə, məktub Ermənistanın Baş naziri Nikol Paşinyan vasitəsilə Rusiya Federasiyasının prezidentinə göndərilib.

Bu məktubdan belə nəticə hasil olur: separatçılar Moskvanın diktəsi ilə hərəkət edirlər. İndi də Moskvadan qəti qərar verməsi tələb olunur.

Böyük ehtimalla, separatçılar Qarabağda baş verən proseslərə Rusiyanın müdaxilə etmək şansının günü-gündən azaldığını anlayırlar. Ona görə də, Moskvaya şantaj tələbli məktub ünvanlayaraq, Kremldən etiraf tələb edirlər.//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR