İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Putinə məktub yazdı: “Bizə yalan danışmayın!” – separatçılar AYAQDA– Elçin Alıoğlu ilə “Canlı debat”

744 04.07.2023 11:28 Siyasət A A

Erməni separatçılarının başçısı Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə Ermənistan mətbuatı məlumat verib. Bildirilir ki, baş separatçı Putinə məktubunda sərf ifadələr işlədib. Araik Putindən tələb edib ki, onlara gələcəklərinin necə olacağı ilə bağlı açıq məlumat versin.

Məlumata görə, məktub Ermənistanın Baş naziri Nikol Paşinyan vasitəsilə Rusiya Federasiyasının prezidentinə göndərilib.
Bu məktubdan belə nəticə hasil olur: separatçılar Moskvanın diqtəsi ilə hərəkət edirlər. İndi də Moskvadan qəti qərar verməsi tələb olunur.
Böyük ehtimalla, separatçılar Qarabağda baş verən proseslərə Rusiyanın müdaxilə etmək şansının günü-gündən azaldığını anlayırlar. Ona görə də, Moskvaya şantaj tələbli məktub ünvanlayaraq, Kremldən etiraf tələb edirlər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR