İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik həbs TƏŞVİŞİNDƏ: separatçı lider cildə girdi - Hərbi analitiklə CANLI

1623 05.08.2023 13:24 Son xəbər A A

Azərbaycan Qarabağdakı erməni sakinlərlə birgəyaşayış məsələlərini - reinteqrasiyanı müzakirə etmək üçün bütün mümkün olan addımları atır, pozitiv mövqe sərgiləyir. Artıq belə məlumat da var ki, Qarabağ ermənilərinin nümayəndələri birbaşa - vasitəçisiz təmaslara razıdırlar və bu yöndə görüş Yevlaxda keçirilə bilər.

Düzdür, hazırda separatçı rejimin başıpozuqları buna qarşı müqavimət göstərir, pozmağa çalışır. Ancaq görünən budur ki, ermənilər alternativləri olmadığının fərqindədir.

Hətta Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri, separatçı Araik Arutyunyan da bu reallığı dərk edib. Maraqlısı odur ki, Araik reinteqrasiya prosesində rol almağa çalışır.

Ermənistanın “Hraparak” qəzeti bununla bağlı məqalə yazıb.

“Arutyunyan reallığı təqdim edərək və mötərizələr açaraq, ”artsax" teleşirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri hesab edir ki, bu bəyanat və son addımları Arutyunyanın Azərbaycanla dialoqda bəzi məsələlərdə güzəştə getməyə hazır olduğunu göstərir. Artıq Rusiyanın dəstəyinə heç bir ümidləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər", - məlumatda deyilib.

Qeyd olunur ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar.

Araik konkret olaraq canidir, separatçı rejimin başçısıdır və Azərbaycan onu axtarışa verib. Onunla reinteqrasiya prosesinin müzakirəsi mümkün deyil. Yalnız dinc ermənilərlə bu haqda danışıla bilər. Görünür, Araik onu hansı tale gözlədiyini Vaqif Xaçaturyanın timsalında artıq anladığı üçün belə bic gedişlər edir, özünü reinteqrasiya tərəfdarı kimi göstərməyə çalışır, cəzadan qurtarmaq cəhdləri edir. Təbii ki, cani ilə masa arxasında oturulmayacaq.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR