İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araik Arutyunyan Azərbaycanda həbsdədir, çünki...”

4072 11.12.2023 16:45 Son xəbər A A

“Hər kəs özünə düşmən seçir. Mən hesab edirəm ki, “artsax” (ermənilərin vaxtilə Qarabağdakı separaçtı rejimə qoyduqları uydurma ad - red.) hakimiyyəti hərəkətə keçməlidir, onların səlahiyyətli nümayəndəsi olmalıdır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı müxalif fraksiyanın üzvü Artur Xaçatryan danışıb.

Onun iddiasına görə, Ermənistanda böyük kütlə Qarabağ səhifəsinin bağlanmadığına inanır:

“Hamı yaxşı bilir ki, Araik Arutyunyanı heç kim istefaya məcbur etməyib. Onun yerinə gələn də Arutyunyanın “partiyası”nın üzvü idi. Düşünürəm ki, nə vaxtsa “hakimiyyət” dəyişikliyinin necə baş verdiyi bəlli olacaq. Araik Arutyunyan bu gün Azərbaycanda həbsdədir, çünki o, bugünkü hakimiyyətin eşitmək istədiyindən çox şey bilir. Bu, digər “prezidentlərə” (qondarma - red.) də aiddir. Bu gün Paşinyanın siyasi opponentləri Azərbaycanda həbsdədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR