İnsanlara hürriyət, millətlərə istiqlal!

Apple-dan tarixi yenilik: artıq hər şeyi bacaracaq

667 09.06.2026 02:04 Texnologiya A A

ABŞ-nin Apple şirkəti səsli köməkçisi Siri üçün tarixinin ən böyük yeniləməsini təqdim edib.

Musavat.com xəbər verir ki, yeni Siri AI versiyası Google-un Gemini modelinin xüsusi və məxfi versiyası əsasında fəaliyyət göstərir.

Məlumata görə, yenilənmiş Siri ayrıca mətn və səsli ünsiyyət tətbiqi əldə edib. Köməkçi artıq fayllarla işləyə, cihazda və internetdə məlumat axtara, məktublar yaza, xatırlatmalar yarada, menyular tərtib edə və yemək sifariş edə bilir.

Apple bildirir ki, istifadəçi məlumatları şirkətin serverlərinə göndərilmədən birbaşa cihaz üzərində emal olunacaq.

Siri AI həmçinin təkmilləşdirilmiş şəkil tanıma funksiyası, foto redaktə alətləri və səsin daha geniş fərdiləşdirilməsi imkanları ilə təchiz edilib.

Yeni versiya ilkin mərhələdə yalnız ingilis dilində və yalnız Apple-ın ən güclü cihazlarında istifadəyə veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR