İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiinhisar Xidməti açıqladı: Onlayn satış platformalarına məhdudiyyət nəzərdə tutulmur

714 24.02.2023 14:42 İqtisadiyyat A A

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil”.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çıxış edib.

Xidmət bəyan edir ki, onlar tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur: “Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər”.

Xatırladaq ki, Xidmətin əməkdaşı Cavid Süleymanov dünən “Trendyol” platformasının nümunəsində onlayn satış platformalarının Azərbaycanda pərakəndə satışla məşğul olan fiziki və hüquqi şəxslərə rəqabət problemi yaratdığını bildirib. O, öz həmkarı ilə birlikdə bu problemin aradan qaldırılması üçün təkliflər düşündüklərini, lakin onların hökumətə təqdim olunmadığını qeyd edib. Təklif onlayn satış platformaları üzərindən satışlara 40 faizədək əlavə verginin tətbiq olunmasını ehtiva edirdi. Cavid Süleymanovun bu açıqlaması cəmiyyətdə geniş narazılıq doğurub, sosial şəbəkələrdə kütləvi etirazlara səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR