İnsanlara hürriyət, millətlərə istiqlal!

Anqolanın bu qərarı neft qiymətlərinin sürətli enişinə səbəb oldu

815 21.12.2023 18:02 Dünya A A

Anqola OPEK-i tərk edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin neft, qaz və mineral ehtiyatlar naziri Diamontino Azevedo Anqolanın xəbər agentliyi “Angop”a açıqlayıb.

Onun sözlərinə görə, bu qərar təşkilatda iştirakdan “nəticənin olmaması” və neft hasilatının kvotaları ilə razılaşmaması ilə izah olunur.

Agentliyin məlumatına görə, bu barədə qərar Anqola prezidenti Joao Lourençonun rəhbərlik etdiyi Nazirlər Şurasının iclasında qəbul edilib.

Nazir bildirib ki, bu, ölkənin OPEK-in hasilat kvotası ilə razılaşmaması ilə izah olunur. Azevedo TPA televiziyasına deyib:

“İndiyədək kvotalar bizə təsir etməyib, lakin OPEK-də qalsaq, hasilat kvotalarına əməl etmək qərarının nəticələrini yaşayardıq”.

O əlavə edib ki, OPEK-da qalsa, Anqola bundan sonra hasilatı azaltmağa məcbur olacaq:

"Biz təşkilatlarda səssizcə girib-çıxmaq üçün deyil, aktiv olmaq və töhfə vermək istəyirik. Töhfəmizin heç bir nəzərəçarpacaq nəticə vermədiyini görəndə, bu təşkilatda heç bir iş görmədiyimiz deməkdir".

Qeyd edək ki, OPEK və OPEK+ razılaşması iştirakçılarının hasilatı azaltmaqla neft qiymətlərini yüksək saxlamaq siyasətinin artıq gözlənilən nəticələri vermədiyi son aylarda açıq müşahidə olunur. Razılaşma iştirakçıları hasilatı azaltdıqca, ABŞ və Braziliya kimi istehsalçılar artıraraq, bazar paylarını genişləndirirlər. Buna görə də vəziyyətdən narazı ölkələrin etirazlarının olacağı gözlənilirdi.

Anqloanın OPEK-dən çıxmaq qərarı neft bazarında qiymətlərin enməsinə gətirib çıxarıb: Brent etalon markasının qiyməti 2 dollara yaxın ucuzlaşıb, hazırda proses davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR