İnsanlara hürriyət, millətlərə istiqlal!

Annalena Berbok: “Almaniya Azərbaycana mina təhlükəsinə qarşı dəstək vermək istəyir”

751 04.11.2023 21:15 Siyasət A A

“Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlığın davamı üçün yaxşı perspektiv var”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqaz regionu həssasdır.

“Mən Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşdüm. Onlar Qarabağa qayıtmaq istədiklərini dedilər. Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”, - deyə nazir əlavə edib.

Berbok bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası mürəkkəb məsələdir.

“Biz müxtəlif xəritələrlə əlaqədar müzakirə aparırıq. Azərbaycan minalardan əziyyət çəkir. Biz istəyirik ki, Azərbaycana dəstək verək ki, ərazilər minalardan təmizlənsin”, - deyə nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR