İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara BMT ilə taxıl sazişinin bərpasını müzakirə etmək niyyətindədir

346 14.09.2023 11:18 Son xəbər A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə taxıl sazişinin bərpası şərtlərini müzakirə edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildiribr.
Məlumata görə, görüş dünya təşkilatının baş assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tuta bilər.

“BMT-nin baş katibi taxıl məsələsi ilə bağlı, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər planlaşdırdığını bildirib”, - mənbə qeyd edib.

O əlavə edib ki, Ərdoğan əvvəllər taxıl müqaviləsinin bərpası üçün şərtlərin yerinə yetirilməsinin zəruriliyi, eləcə də BMT ilə əməkdaşlığın davam etdirilməsi barədə danışıb. Eyni zamanda, Ankara BMT-dən taxıl sazişi kontekstində Moskva üçün təklifi yekunlaşdırmağı və konkretləşdirməyi xahiş etmək niyyətindədir.

Bundan əvvəl RİA Novosti Ukraynanın avqust ayında taxıl ixracını illik ifadədə dörddə bir, iyul ayı ilə müqayisədə isə 2% azaltdığını bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR