İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Bağırov: “Ermənistan kompensasiya ödəməyə məcbur olacaq”

701 25.08.2022 12:46 Sosial A A

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “Erməni işğalı nəticəsində pozulmuş hüquqların müdafiəsində beynəlxalq hüququn səmərəliliyi” mövzusunda çıxış edib, ilk olaraq, doğma torpaqlarımızda, ələlxüsus Zəngilan rayonunda Dövlət başçısının rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduğunu qeyd edib, daha sonra çıxışı zamanı beynəlxalq hüququn norma və prinsiplərinin işləməməsini, beynəlxalq təşkilatların fəaliyyətlərini formal şəkildə davam etdirməsini, cənab Prezidentin inamı və xalqın dəstəyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsini vurğulayıb.

8687c479-b7f3-4836-b835-01d46144e80c.jpg (67 KB)

Bununla bərabər, 90-cı illərdən etibarən edilən səylərin nəticəsində, dünyanın aparıcı təşkilatlarının münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələr də bizə əlavə güc verdiyini, bunlarsız münaqişənin ətrafında cərəyan edən prosesləri nəzarət altında saxlamaq asan olmayacağını, hüquqi müdafiə vasitələrinin əhəmiyyətini nəzərə alaraq, A.Bağırov əlavə edib ki, Kollegiya tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə möcburi köçkün olan vətəndaşlarımızın mülkiyyət və əlaqəli hüquqlarının bərpası istiqamətində 2000-dən çox müraciətlər göndərilib, o cümlədən, yalnız cəbhədə deyil, həmçinin informasiya sahəsində gedən müharibədə Vəkillər Kollegiyası tərəfindən müharibə zamanı da, sonra da çoxsaylı hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətlər hazırlanıb, həmçinin, Kollegiyanın dəstəyi ilə dünyaca tanınan, müstəqil ekspertlər də münaqişə ilə bağlı mötəbər hesabat tərtib etmiş və bunların hər biri beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlanıb.

Anar Bağırov qeyd edib ki, 44 günlük savaşda hərbi, iqtisadi, siyasi və mənəvi baxımdan darmadağın edilən Ermənistan törətdiyi əməllərinə görə cavab verəcək, müvafiq kompensasiya ödəməyə məcbur qalacaq. İnanırıq ki, bundan sonra beynəlxalq hüquq daha işlək və səmərəli olacaq və Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozanlar, hərbi və digər cinayətlər törədənlər qanun qarşısında məsuliyyət daşıyacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR