İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anama görə polisə, məhkəmələrə düşdüm" - VİDEO

767 23.07.2023 00:34 Şou-biznes A A

"Pərvanələrin rəqsi"ndə məşhurlaşdım. "Vicdan haqqı"ndakı obrazım isə partlayış oldu. Mənim ailəm isə buna xələl gətirmək istədi. Amma ağ vərəq palçıq götürmür. Nə qədər onu atsalar da, olmadı".

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Vəliyeva "Elgizlə izlə" verilişində deyib.

O, mərhum anası ilə yaşadığı qalmaqaldan danışıb. Sonaxanım bildirib ki, anasına görə polis idarələrinə, məhkəmələrə düşüb: 

"Verilişlərin birində məndən xəbərsiz zərf gəldi. Cavab verdim ki, gizlədəcək heç nəyim yoxdur. Orada açıqladılar ki, ananızla məhkəməlik olmusunuz. İki gün sonra yazdılar ki, Sonaxanım anasından imtina edib. Məcbur açıqlama verdim ki, etməmişəm. Nə ailə qurdum, nə bir şey. Anamı nə incitmişəm, nə güldən ağır söz demişəm. Məni polisə verdi, ona bir güldən ağır söz də deməmişəm. Polis idarələrinin, məhkəmələrin qarşısında bir dəfə ona nəsə demədim". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR