İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amerikanın Səsi"nin müxbirləri Ukraynada qəlpə yarası alıb VİDEO

934 22.04.2023 22:37 Hadisə A A

Şənbə günü Kyiv vaxtilə saat 11 radələrində "Amerikanın Səsi"nin Ukraynadakı müxbiri İdrak Camalbəyli və çəkiliş qrupu Xerson şəhəri ilə Mikolayiv şəhəri arasında yerləşən Mirnaya kəndində Rusiya ordusunun qoyub getdiyi blindajda mina partaması nəticəsində xəsarət alıb.

Partlayış anları çəkiliş zamanı qeydə alınıb.

“Biz Ukrayna könüllülərinin iştirakı ilə əvvəllər Rusiya Ordusunun işğalında olmuş Mirnaya kəndi yaxınlığındakı blindajda, köhnə təmas xəttində çəkiliş apararkən Rusiya Ordusunun qoyub getdiyi surpriz mina partladı. Buna Ukrayna könüllülərindən birinin təsadüfən surpriz minaya birləşmiş məftilə ayağının toxunması səbəb oldu. Mən və operator, Ukrayna könüllüsü qəlpə yarası aldıq. Qəlpə mənin ayağımı, operatorun qolunu və Ukrayna könüllüsünün üz nahiyyəsini yüngül yaralayıb. Yaxınlıqdakı kənddə bizə ilkin tibbi yardım götərdilər. Həyatımız üçün təhlükə yoxdur. Hazırda çəkilişmizi davam etdiririk,” - "Amerikanın Səsi"nin müxbiri bildirib.

Rusiya qüvvələrinin vaxtikən işğal etdiyi ərazilərdə çox sayda minalar yerləşdirdiyi güman olunur. Bu minaların partlaması periodik olaraq həyat itkiləri və xəsarətlərlə nəticələnir.

İnsident baş verən zamanı "Amerikanın Səsi"nin müxbirləri Mikolayiv və Xerson istiqamətlərində Rusiya işğalının fəsadlarını işıqlandırırdılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR