İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amerikanı yenidən böyük et”mək istəyənlər Trampın varisini seçiblər

702 31.03.2026 22:05 Dünya A A

Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) “Amerikanı yenidən böyük et” (MAGA - "Make America Great Again") hərəkatının tərəfdarları ABŞ-də 2028-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın potensial varisi kimi hazırkı vitse-prezident Ceyms Devid Vensi seçiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, CPAC tərəfindən aparılan daxili sorğu Vensin digər potensial respublikaçı namizədlərdən əhəmiyyətli dərəcədə üstün olduğunu göstərib. Vens səslərin 53%-ni alıb.

Dövlət katibi Marko Rubio respondentlərin 35%-nin etimadını qazanaraq, ikinci yeri tutub. Digər namizədlər səslərin xeyli az hissəsini alıblar.

CPAC ənənəvi olaraq sorğularına respublikaçı seçicilərin ən mühafizəkar seqmentini cəlb edir. Bu cür sorğuların nəticələri sonda kimin rəsmi namizəd olacağına dair dəqiq proqnozlaşdırıcı hesab edilmir, lakin onlar “Amerikanı yenidən böyük et” hərəkatının əsas tərəfdarlarının hisslərini əks etdirir.

Əvvəllər bildirilirdi ki, Donald Trampın İranla müharibə səbəbindən bəyənilmə reytinqi 36%-ə düşüb - bu, onun Ağ Evə qayıtmasından bəri ən aşağı səviyyədir.

2028-ci ilə qədər isə ABŞ seçicisinin rəyi çox dəyişə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR