İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın müdafiə nazirindən Ukrayna ilə bağlı kritik AÇIQLAMA

853 13.01.2025 08:19 Siyasət A A

Boris Pistorius Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yeni yardım paketi hazırladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Almaniyanın müdafiə naziri Ukraynaya yeni hərbi yardım paketi hazırlandığını deyib.

O, "Der Spiegel" jurnalının kansler Şoltsun ​​ona mane olması barədə yaydığı xəbərləri də təkzib edib.

"Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq", - deyə nazir bildirib.

O, Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını qeyd edib.

"İndi bu məsələ ilə bağlı siyasi qərar verilməlidir. Bütün məsələlərə aydınlıq gətirilən kimi müvafiq qərar qəbu ediləcək", - deyə Pistorius sözlərinə əlavə edib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR