İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada yaşayan türkdən 175 milyonluq fal dələduzluğu: Səndə ölüm cadusu var

597 30.04.2024 21:15 Dünya A A

Almaniyada işsizlik müavinəti ilə yaşayan Serkan Ö. özünü falçı kimi təqdim etdiyi qadına əvvəlcə "Səndə ölüm cadusu var" deyərək şəxsi ailə məlumatlarını əldə edib, daha sonra “cin çıxartmaq” bəhanəsi ilə 175 milyon lirə (təxminən 9 milyon manat) aldadıb.

Hadisə Almaniyanın Münhen şəhərində baş verib. İnşaat, avtomobil və texnologiya sektorlarında fəaliyyət göstərən ailə şirkətinin rəhbərliyində olan 55 yaşlı N.B. qohumu vasitəsilə Serkan Ö. ilə tanış olub.

İddiaya görə, Serkan seanslar zamanı N.B.-yə dərmanlı su verib və ondan ailə ilə bağlı bütün intim məlumatları söyləməsini istəyib. Digər seanslarda öyrəndiyi məlumatları kahin kimi N.B.-yə çatdıran Serkan qadının etibarını qazanıb. Həyat yoldaşının ailəsinin ona ölüm cadusu etdiyini deyən Serkan, şeytan çıxarma seanslarına başlayıb.

İddiaya görə, o, gənc qadını ölümlə hədələyib. Qadın 6 il ərzində şirkətindən və şəxsi hesablarından Serkana təxminən 175 milyon lirə köçürüb.

Qadının ailəsi şübhələnib və dərhal polisə müraciət edib. Məhkəmə ona qiyabi olaraq 7 il həbs cəzası verib. Serkan Ö.-nin həyat yoldaşı ilə birlikdə Türkiyəyə qaçdığı iddia edilib./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR