İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Trampın qələbəsi ehtimalına görə “böhran qrupu” yaradılıb

433 22.07.2024 11:34 Dünya A A

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərin nəticələrindən sonra dövlət başçısı postuna qayıtması ssenarisi üzərində işləyən “böhran qrupu” yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

“Almaniya Xarici İşlər Nazirliyində diplomatlar çoxlarının çoxdan qeyri-mümkün hesab etdiyi ssenariyə hazırlaşmağa can atırlar. Bu, Donald Trampın qayıdışıdır”, – nəşr yazır.

Qeyd olunur ki, Almaniya Xarici İşlər Nazirliyinin bir sıra departamentlərinin əməkdaşları noyabr ayında ABŞ seçkilərində Trampın qələbəsinin Almaniya üçün nə demək olduğunu müzakirə etməkdən ötrü bir növ qeyri-rəsmi “böhran qrupu” yaradıblar.

Qəzetin vurğuladığı kimi, Almaniyada bu yolla onlar “Trampın qələbəsinə hazırlaşmağa davam edirlər”. Perspektiv "Berlində dərin narahatlıq yaradır".

İyulun 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR